Pensiya alanların orta yaşı açıqlanıb

ÖLKƏ

25 Noyabr 2022 | 15:30

483 dəfə oxunub

“Pensiya yaşı ilə bağlı müəyyən rəqəmlər səslənmişdi. 65 yaşına çatan insanlar arasında 60 % pensiya alan var, 40 % sosial müavinət alır”.

REYD xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, sığorta əsaslı pensiya sisteminə malik olmaq üçün addımlar atılır: “Sosial sığorta ödənişi həyata keçirmiş insanların hər biri pensiya çətiri ilə əhatə olunub. Sosial sığorta ödəməyənlərə eyni yanaşmanı tətbiq edə bilmərik. Fərdi uçot sistemində 2006-cı ildən sonra sosial sığortaya görə amnistiya tətbiq edilib. Bu, çox böyük humanist addımdır. Sığortanı vaxtlı-vaxtında ödəyən şəxslər var, onlar fərqləndirilməlidir. Sosial sığorta ödəməyən şəxslərə sosial müavinət verilir. Bir daha vurğulamaq istəyirəm ki, ömür uzunluğu ilə bağlı rəqəmlər səsləndirilir. Beynəlxalq təcrübədə pensiya dövrü 12 il olaraq hesablanır. Bu, sosial sığorta sistemidir. Bu gün bizdə pensiya çıxanların 68%-i 12 ildən çox pensiya alır. Bu gün bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir”.



SON XƏBƏRLƏR

03 Fevral 2023
02 Fevral 2023
25 Yanvar 2023
24 Yanvar 2023