Paytaxtda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

HADİSƏ

24 Sentyabr 2021 | 08:16

2192 dəfə oxunub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REYD-in məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1967-ci il təvəllüdlü İmanov Edson Barat oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ baldır və qasıq sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023