Pakistan Əfqanıstana böyük məbləğdə maliyyə yardımı ayırdı

DÜNYA

22 Oktyabr 2021 | 14:57

2216 dəfə oxunub

Pakistan hökuməti Əfqanıstandakı böhranın qarşısını almaq üçün bu ölkəyə 29 milyon dollar (49 milyon manat) məbləğində yardım göstərəcək.

Bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi məlumat yayıb.

Pakistan rəsmisi əlavə edib ki, birbaşa maliyyə yardımından əlavə Əfqanıstana dərman və ərzaq da çatdırılacaq. 

Qureyşinin sözlərinə görə, İslamabad Əfqanıstanda humanitar böhranın qarşısını almaq üçün lazım olan hər cür yardımı göstərməyə hazırdır.

Pakistan xarici işlər naziri həmçinin əlavə edib ki, ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq çərçivəsində Pakistan Əfqanıstandan meyvə və tərəvəzlərin rüsumsuz idxalına da icazə verəcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023