Özbəkistanın Daşkənd vilayətində kimya zavodunda partlayış baş verib.
REYD TASS-a istinadən xəbər verir ki, bu gün səhər 8:30 radələrində Çirçik şəhərindəki kimya zavodunda başlayan yanğının ardınca partlayış baş verib.FHN əməkdaşları və xüsusi texnika hadisə yerindədir.
Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.