Ötən il meşələrdə 800 hektara yaxın ərazi yanıb

ÖLKƏ

03 Fevral 2023 | 16:58

178 dəfə oxunub

Ötən il 66 meşə yanğını olub.

REYD xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev deyib. Onun sözlərinə görə, nəticədə 800 hektara qədər ərazi yanıb:

“Bu da havanın isti keçməsi ilə bağlıdır. Yay aylarında ilk yanğın Şabranda olub. Biz, bütün yanğın ərazilərində bərpa işlərini aparırıq. Quba, Şabran, Zaqatala ərazilərində əkin-səpin işləri aparırıq".

 

O, eyni zamanda qeyd edib ki, ötən il 60 min kubdan artıq oduncaq tədarükü olub:

“Bura xəstə və ya yanğına məruz qalmış ağacları nümunə kimi göstərmək olar”.

 



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023