Ötən gün toylarda karantin qaydalarını pozan 2 nəfər cərimələnib

CƏMİYYƏT

14 Yanvar 2022 | 09:33

286 dəfə oxunub

Yanvarın 13-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 39 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 13 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.



SON XƏBƏRLƏR

18 Yanvar 2022
17 Yanvar 2022
15 Yanvar 2022
14 Yanvar 2022
13 Yanvar 2022