Nigeriyada quldurlar yolu kəsərək azı 30 sərnişini naməlum istiqamətə qaçırıblar

DÜNYA

21 Oktyabr 2021 | 08:27

367 dəfə oxunub

Nigeriyada silahlı şəxslər magistral yolda müxtəlif avtomobillərdə olan 30-dək sərnişinin qarşısını kəsərək qaçırıblar.

REYD RİA Novosti-yə istinadla verdiyi xəbərər görə, bu barədə yerli kanallar məlumat yayıb.

Quldurların insanları avtobusdan və digər iki avtomobildən düşürərək qaçırdığı qeyd olunur.

Təcavüzkarlar Niger ştatının qərb hissəsindən keçən magistral yolda hərəkətdə olan yerli sakinləri qorxutmaq üçün vaxtaşırı atəş açıblar.

Qaçırılan sərnişinlərin hansı istiqamətə aparıldığı məlum deyil.



SON XƏBƏRLƏR

04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021
30 Noyabr 2021