"Neftçi" - "Zirə" oyunu bir dəqiqəlik sükutla başlayacaq

İDMAN

21 Oktyabr 2021 | 14:59

2337 dəfə oxunub

"Neftçi" klubunun "Zirə"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının VIII tur matçı tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayacaq.

REYD xəbər verir ki, Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev Reporta açıqlamasında Peşəkar Futbol Liqasına müvafiq xahişlə müraciət ünvanlayacağını bildirib.

Peşəkar Futbol Liqasının Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev isə belə bir müraciət olarsa, müsbət cavablandırılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Elnur Əşrəfoğlu 2009 - 2011-ci illərdə "Neftçi"nin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinə rəhbərlik edib. O, oktyabrın 19-da koronavirusdan vəfat edib. Oktyabrın 23-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" matçı saat 18:15-də başlanacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023