Neftçala rayonunda şəhid xatirə bulağı kompleksinin açılışı olub - FOTO

CƏMİYYƏT

15 Sentyabr 2021 | 16:42

2928 dəfə oxunub

44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizin və 1-ci Qarabağ döyüşlərində şəhid olan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün Neftçala şəhərinin 6-cı məhəlləsində şəhid xatirə bulağı kompleksinin açılışı olub.

REYD xəbər verir ki, açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanları, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə şəhidlərimizin   həyat yolundan, döyüş şücaətlərindən danışılıb.

Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə ediblər. Buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. Qafqaz İslam Ordusunun 103 il bundan əvvəl, 1918-ci il sentyabr ayının 15-də Nuru Paşanın rəhbərliyi ilə Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edilməsindən danışan Neftçala RİH başçısı həmin döyüşlərdə 1300-ə qədər şəhidin olmasını vurğulayıb. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunu qeyd edib.

Tədbir Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023