Naxçıvanda 4 vergi ödəyicisində pozuntu aşkarlanıb

İQTİSADİYYAT

24 Yanvar 2023 | 12:35

1265 dəfə oxunub

Ötən ay ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib.

REYD xəbər verir ki, dekabr ayında 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, 1 vergi ödəyicisində “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 vergi ödəyicisində isə aksiz markaları ilə markalanmalı olan malların markalanmadan satılması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023