Nağı Səfərov Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçilib

İDMAN

14 Sentyabr 2021 | 11:27

314 dəfə oxunub

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərib.

REYD-in məlumatına görə, Səfərov yenidən Avropa Taekvondo Birliyinin (ATB) İdarə Heyətinə üzv seçilib.

Türkiyənin İstanbul şəhərində baş tutan ATB-in növbəti Baş Assambleyasında qurumun prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən formalaşıb. İdarə Heyətinin 14 üzvü arasında Səfərov da yer alıb.

Assambleyanın yekununa əsasən, növbəti dörd il Sakis Praqalos ATB-in prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək. Antonino Barbarino isə baş katib vəzifəsinə təyin olunub.



SON XƏBƏRLƏR

23 Sentyabr 2021
22 Sentyabr 2021
21 Sentyabr 2021
20 Sentyabr 2021
18 Sentyabr 2021