Mütəxəssisdən mineral su xəbərdarlığı! Yeməkdən dərhal sonra içməyin, çünki...

Gündəm

30 May 2023 | 15:09

894 dəfə oxunub

Türkiyənin Tokat Dövlət Xəstəxanasının Dietoloqu Esra Koçak yeməkdən dərhal sonra istehlak edilən mineral suyun həm faydası, həm də zərəri olduğunu bildirib.


Dietoloq mineral suların həddindən artıq istehlakının yüksək təzyiq, böyrək xəstəlikləri, mədə xorası və osteoporoza səbəb ola biləcəyini qeyd edib.


“Mineral sular çox miqdarda natrium ehtiva etdiyi üçün həddindən artıq istehlak edilməməlidir. Həddindən artıq natrium qəbulu sidiklə kalsium ifrazını artırdığı üçün osteoporoz riski yarada bilər. Eyni zamanda, həddindən artıq natrium qəbulu yüksək təzyiq, böyrək xəstəlikləri və mədə xorası kimi xəstəlikləri riskini də artıra bilər. Bundan başqa, mineral suyun tərkibi miqdarı qədər vacibdir. Mineral su seçərkən natrium az, kalsium və maqnezium miqdarı yüksək olanlara üstünlük verilməlidir”,-deyə mütəxəssis bildirib.


Dietoloq deyib ki, bu suların tərkibində həll olunmuş minerallar, elementlər və qaz var. Tərkibindəki bu minerallar sayəsində insan sağlamlığı üçün çox faydalıdır.


Qeyd edək ki Amerika Piylənmə Assosiasiyası mineral su istehlakını gündəlik 600 ml tövsiyə edir.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023