Moskva meri PUA hücumları ilə bağlı açıqlama verib

DÜNYA

30 May 2023 | 10:36

483 dəfə oxunub

Rusiyanın paytaxtı Moskva şəhərində hündürmərtəbəli yaşayış binalarından birinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

REYD xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, PUA hücumuna məruz qalan iki evin sakinləri FHN əməkdaşlarının ərazidə xilasetmə işləri aparması səbəbindən müvəqqəti olaraq təxliyə edilib.

Həyata keçirilən işlər başa çatdıqdan dərhal sonra onlar öz mənzillərinə qayıda biləcəklər.

Sobyanin onu da əlavə edib ki, PUA-nın yaşayış binasına hücumu nəticəsində 16-cı mərtəbədə yerləşən mənzilə daxil olan uçuş aparatı partlamayıb. Hadisədən sonra iki nəfər tibbi yardım üçün müraciət edib, lakin onların heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023