MM-in komitə sədri yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyası məsələsindən danışıb

ÖLKƏ

24 May 2023 | 15:47

120 dəfə oxunub

Çalışmanın yaş həddinə çatmış müəllimlərin müqavilələrinin müddətinin uzadılması və 60 yaşdan yuxarı şəxslərin sertifikasiyaya hansı formada cəlb edilməsi müvafiq icraedici orqanın qaydalarında nəzərdə tutulub.

REYD xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O bildirib ki, qanunda norma müəyyənləşdirilir, lakin sonradan qəbul edilmiş qaydalar normaların müxtəlif mənalarda şərh edilməsinə yol açır:

"Bu halda vətəndaşlar arasında əsaslı və əsassız narazılıqlar yaranır. Hesab edirəm ki, bu məsələyə də baxmaq lazımdır".



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023