Millət vəkili erməni təxribatına münasibət bildirib - Açıqlama

MÜSAHİBƏ

13 Yanvar 2022 | 15:29

3240 dəfə oxunub

Milli Məclisin deputatı Jalə Əhmədova yanvarın 11-də ermənilər tərəfindən törədilmiş növbəti təxribatla bağlı müsahibə verib

Reyd.az həmin müsabibəni sizlərə təqdim edir.

- Jalə xanım, iki gün bundan öncə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədib və snayper silahından açılmış atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərli Ayaz şəhid olub. 

- İlk növbədə şəhid olan hərbiçimizin yaxınlarına başsağlığı vermək istəyirəm. Allahdan şəhidimizə rəhmət, doğmalarına səbr diləyirəm. Biz erməni xislətinin nə olduğunu çox yaxşı bilirik. Onlar Azərbaycanın qələbəsini heç cür həzm edə bilmirlər və zaman-zaman qəsdən belə təxribatlar törədirlər. Bölgədəki ümumi vəziyyətin gərginləşməsinə hesablanmış bu cür təxribatların qarşısını Azərbaycan Silahlı Qüvvələri qətiyyətlə alır və erməniləri itkilərə məruz qoyur. Daim ayıq-sayıq vəziyyətdə olan Azərbaycan Ordusu bu dəfə də Ermənistan Silahlı Qüvvələrinin təxribatına layiqli cavab verib və qarşı tərəfin snayper atəşi nəticəsində şəhid olan əsgərimiz Ayaz Nəzərlinin qisasını alıb. 

- Təxribatların davam edəcəyi istisna deyil və onların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

- Bədxah qonşularımız belə təxribatlar törətməklə sülhün, sabitliyin, əməkdaşlığın tərəfdarı olmadığını nümayiş etdirirlər. Hələ də işğalçılıq xülyaları ilə yaşayır, onlara çox baha başa gəlmiş Dəmir Yumruğun gücünü unudurlar. Düşünürəm ki, sərhədlərin delimatisiya və demarkasiyasının icrasını sürətləndirməklə bu cür təxribatların da qarşısı alınmış olacaq. Çünki iki ölkə arasında sərhədlərin müəyyənləşməsi istər-istəməz qarşı tərəfə mane olacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023