“Milan” braziliyalı futbolçu transfer edib

İDMAN

08 Iyul 2022 | 10:41

2611 dəfə oxunub

“Milan” “Krotone”nin yarımmüdafiəçisi Junior Messiasla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, İtaliya çempionu ötən mövsümü icarə əsasında bu komandada keçirən 31 yaşlı hücumameyilli oyunçunu birdəfəlik transfer edib.Braziliyalı futbolçunun çıxışından məmnun qalan “rossonyerlər” “Krotone”nin tələb etdiyi təzminatı ödəyərək, onun transfer hüququna yiyələnib. Messias milanlılarla 2 illik müqavilə imzalayıb. Bu keçid A seriyasının qalibinə 4,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, Junior Messias ötən mövsüm “Milan”ın heyətində 32 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023