“Metsamor” AES-in keçmiş baş direktoru 1 mln. dollarlıq mənimsəmədə ittiham olunur

DÜNYA

02 Fevral 2023 | 11:41

269 dəfə oxunub

Ermənistandakı “Metsamor”AES-in keçmiş baş direktoru 1 milyon dollardan çox pul mənimsəyib.

REYD “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 2002-2014-cü illərdə Metsamor AES-in baş direktoru vəzifəsində çalışmış Qaqik Markosyan 380 milyon dramdan çox (1 milyon dollardan çox) pul mənimsəyib.

Onun təşəbbüsü ilə stansiya üçün alınmış natamam armatur dəsti indiyə qədər istifadə olunmayıb. Markosyan 2011-ci ildə Rusiyanın “NovEnergoProm” şirkətindən şişirdilmiş qiymətə (33.54 milyon rubl) 14 ədəd keçirici dəsti alıb və əldə olunan materiallar tam komplekt olmadığı üçün istifadə olunmayıb, anbarda qalıb, zaman keçdikcə istifadəyə yararlılıq müddəti bitib.

Bundan əlavə keçmiş rəhbərin bir sıra digər mənimsəmə əməliyyatlarında adı çəkilir.

Xatırladaq ki, Markosyana qarşı açılan ilk cinayət işi deyil. Markosyan və AES-in keçmiş rəhbərliyinin digər nümayəndələri 2016-cı ildə də irimiqyaslı mənimsəmədə ittiham olunurdular.

 



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023