Məsut Özil karyerasını İndoneziyada davam etdirə bilər

İDMAN

11 Yanvar 2022 | 14:39

3144 dəfə oxunub

“Fənərbaxça”nın yarımmüdafiəçisi Məsut Özil karyerasını İndoneziyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə İndoneziya mətbuatı xəbər yayıb.Bildirilib ki, Almaniya millisinin sabiq futbolçusu “RANS Çileqon” klubunun maraq dairəsindədir. Çileqonluların prezidenti Raffi Ahmad hətta 34 yaşlı pleymeykerlə bu barədə danışıq da aparıb.

İndoneziyalılar Məsutun karyerasını “Səbail”in sabiq futbolçusu Maykl Essyenlə müqayisə ediblər. Yerli KİV Türkiyə əsilli oyunçunun Essyenin yolu ilə gedib, onun aqibətini yaşaya biləcəyini yazıb. Çünki Essyen də karyerasının sonlarında İndoneziyanın “Persib Bandunq” klubunda çıxış edib. Qanalı sabiq ulduzun son komandası isə 2019-2020-ci illərdə “Səbail” olub.

Qeyd edək ki, Məsut Özil “Fənərbaxça”ya ötən il “Arsenal”dan keçib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023