Məşhur aktrisa xərçəngdən vəfat etdi

DÜNYA

09 Avqust 2022 | 10:00

2488 dəfə oxunub

Britaniyalı aktrisa Oliviya Nyuton-Con 73 yaşında vəfat edib.

REYD xəbər verir ki, bu barədə CNN telekanalı onun həyat yoldaşına istinadən bildirib.

Aktrisa son üç onillikdə süd vəzi xərçəngi ilə mübarizə aparırdı. 2018-ci ildə isə ona onurğa xərçəngi diaqnozu qoyulmuşdu.  

Qeyd edək ki, O. Nyuton-Con “Briolin” (1978) müziklindəki baş rolu ilə populyarlıq qazanıb. Həmin ekran işində, həmçinin Con Travolta yer alıb. Nyuton-Con filmin musiqi hitlərini ifa edib. O, 4 dəfə “Qremmi” mükafatının laureatı olub.

Aktrisa 1948-ci ildə Böyük Britaniyada anadan olub, karyerasına isə Avstraliyada başlayıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023