Meşədən qadın meyiti tapıldı

HADİSƏ

14 Yanvar 2022 | 13:49

3330 dəfə oxunub

Şabranın Ağalıq kəndi ərazisində qadın meyiti tapılıb.

APA  verdiyi məlumata görə, cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən magistral yoldan təxminən 150 metr içəridə, meşə massivində aşkarlanıb.

 

Aparılan ilkin araşdırmalar nəticəsində qadının Şabran rayon sakini, 1980-ci il təvəllüdlü Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023