Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim olunub

Gündəm

04 May 2022 | 14:29

2963 dəfə oxunub

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov ictimaiyyətə təqdim olunub.

REYD-in məlumatına görə, bununla əlaqədar olaraq Yevlax Rayon Təhsil Şöbəsinin inzibati binasında tədbir keçirilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovu Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli ictimaiyyətə təqdim edib.

Mərasimində Yevlax Rayon İcra Hakimiyyətinin rəsmiləri, regionun təhsil şöbələrinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023