Mənimsəmədə ittiham olunan sabiq lisey direktorunun cinayət işinə xitam verilib

Gündəm

04 Dekabr 2021 | 10:12

395 dəfə oxunub

Səbail Rayon Məhkəməsində Bakıdakı Həbib Bəy Mahmmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyin sabiq direktoru Bəkir Mustafayev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pressa-nın xəbərinə görə, Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunan sabiq direktora hökm oxunub.
Hökmə əsasən, dəymiş ziyanın tam ödənildiyi və cinayət prosesində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyinə görə, təqsirləndirilən şəxs Bəkir Mustafayev cinayət məsuliyyətindən azad edilib, barəsində cinayət təqibinə xitam verilib.
Qeyd edək ki, iş üzrə ümumi ziyan 34 min 102 manat olub.



SON XƏBƏRLƏR

18 Yanvar 2022
17 Yanvar 2022
15 Yanvar 2022
14 Yanvar 2022
13 Yanvar 2022