Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqını təbrik edib

ÖLKƏ

23 Mart 2023 | 10:38

367 dəfə oxunub

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib.

REYD xəbər verir ki, paylaşımda deyilir:

"Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023