Mədəniyyət naziri bu il pasportlaşdırılan abidələrin sayını açıqlayıb

MƏDƏNİYYƏT

25 Noyabr 2022 | 14:14

1732 dəfə oxunub

2022-ci ilin ilk 10 ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub.

REYD xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bu proseslərin abidələrə kənar müdaxilələrin qarşısının alınması üçün edildiyini diqqətə çatdırıb: "Ötən dövr ərzində abidələrin pasportlaşdırılması və layihələndirilməsi statistikasında müsbət tendensiyanın şahidi olmuşuq. Məsələn, 2021-ci ildə 154 abidə pasportlaşdırılmış, 107 abidənin isə mühafizə zonaları üçün layihələndirilməsi prosesi olub".



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023