Mahir Emreli "Legiya"nı Çexiya klubuna dəyişə bilər

İDMAN

03 Dekabr 2021 | 11:45

2625 dəfə oxunub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli cari mövsümün sonunda Polşa "Legiya"sından ayrıla bilər.

Report "efotbal.cz" saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Çexiyanın "Slaviya" (Praqa) klubunun maraq dairəsinə düşüb.

İddiaya görə, forvardın çxışını diqqətlə izləyən Praqa klubunun baş məşqçisi Yindrjix Trpişovski onun oyununu bəyənir. Bildirilib ki, "Legiya" hazırkı çətin vəziyyətdən çıxa bilməsə və avrokuboklarda mübarizəni dayandırsa, Emreli Polşa çempionu ilə vidalaşacaq.

Qeyd edək ki, bu ilin yayından "Legiya"nın formasını geyinən Mahir Emrelinin klubla 2024-cü ilin iyununadək müqaviləsi var.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023