Macarıstan şirkəti ilə Əkinçilik ET İnstitutu arasında onlayn görüş keçirilib

CƏMİYYƏT

13 Yanvar 2022 | 15:21

5117 dəfə oxunub

Macarıstan şirkəti ilə innovativ layihələrin həyata keçirilməsinə dair onlayn görüş keçirilib.

REYD xəbər verir ki, Macarıstanın “Water&Soil” şirkəti ilə Aqrar İnnovasiya Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında birgə innovativ layihələrin həyata keçirilməsinə dair onlayn görüş keçirilib. 

Görüşdə şirkətin nümayəndəsi torpaq nəmliyinin artırılması məqsədilə istehsal olunan “Water Retainer” adlı məhsul haqqında ətraflı məlumat verib və əməkdaşlıq çərçivəsində sözügedən məhsulu Azərbaycanda sınaqdan keçirmək məqsədilə Aqrar İnnovasiya Mərkəzi və Əkinçilik ETİ ilə danışıqlar aparılıb. 

Görüş nəticəsində  istehsal olunan məhsulun Əkinçilik ETİ-nin Tərtər və Şəki rayonlarında yerləşən bölgə təcrübə stansiyalarında suvarma və dəmyə əkinçiliyi şəraitində qarğıdalı sahəsində sınaqdan keçirilməsi nəzərdə tutulub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023