"Lex" "Qarabağ"la oyundan öncə Kiyev "Dinamo"sundan futbolçu alıb

İDMAN

30 Iyun 2022 | 14:26

3324 dəfə oxunub

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"i növbəti transferini gerçəkləşdirib.

REYD xəbər verir ki, Poznan təmsilçisi Gürcüstan millisinin və Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Georgi Tsitaişvilini heyətinə qatıb.

Ukrayna vətəndaşlığı da olan 22 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023