Lənkəranda çimərlikdə mina aşkarlanıb

ÖLKƏ

29 May 2023 | 14:12

453 dəfə oxunub

Lənkəranda Xəzər dənizinin sahilində mina tapılıb.

REYD-in məlumatına görə, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.

Əraziyə mütəxəssislər cəlb edilib. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib.

Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023