Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

HADİSƏ

24 May 2022 | 11:03

2348 dəfə oxunub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REYD xəbər verir ki, ötən gün gecə saatlarında rayonun Şilavar kəndi ərazisində "VAZ 2106" markalı avtomobil Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Camal Aydın oğlu Ağayevi vurub. Piyada ağır dərəcəli bədən xəsarətləri alıb. Sürücü xəsarət alan şəxsi Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsinə yerləşdirilən C.Ağayevi xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023