Kürdəmirdə 3 otaqlı ev yandı

HADİSƏ

23 Mart 2023 | 21:36

352 dəfə oxunub

Kürdəmirdə 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Bu barədə REYD-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin qamışdan ibarət tavanı və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələrinin müdaxiləsi ilə yanğın söndürülüb.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023