Kürdəmir sakini arvadını bıçaqlayıb

HADİSƏ

03 Oktyabr 2022 | 16:32

1849 dəfə oxunub

Kürdəmir sakini arvadına 20 bıçaq zərbəsi vurub.

REYD-in yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Rəcəb Bəkirov ailə münaqişəsi zəminində həyat yoldaşı Dürbəst Bəkirovaya 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Zərərçəkən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı qadının vəziyyəti ağırdır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

DİN-mətbuat xidmətinin Şirvan regional qurupundan REYD-in yerli bürosuna verilən məlumata görə, Rəcəb Bəkirov saxlanılaraq prokurorluğa təhvil verilib.

 

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023