Kosmik Agentliyi: Azərbaycan işğal altında olan torpaqları daim nəzarətdə saxlayıb

ÖLKƏ

11 Yanvar 2022 | 12:25

3359 dəfə oxunub

"Azərbaycan Kosmik Agentliyi ixtiyarında olan aşağı orbitli peyk vasitəsilə ("Azersky") istər Qərbi Azərbaycan, istərsə də həmin dövrlərdə işğal altında olan torpaqları daim nəzarətdə saxlayıb, orada baş verən hadisələri faktlarla, sübutlarla birgə müəyyən qədər beynəlxalq ictimaiyyətə çatdırmağa çalışıb".

REYD xəbər verir ki, bunu Bakıda "Qərbi Azərbaycan Yaddaşı" layihəsinin təqdimatında çıxış edən Azərbaycan Kosmik Agentliyinin sədri Saməddin Əsədov deyib.Onun sözlərinə görə, XİN və Prezident Administrasiyası vasitəsilə kifayət qədər sübutlar, faktlar və dəlillər ortaya qoyulub ki, həmin bu torpaqlarda işğal nəticəsində təbiətə, tikililərə və infrastruktura nə qədər ziyan vurulub.

"Sözsüz ki, bu layihə yolun başlanğıcıdır və bildirmək istəyirik ki, Azərbaycan peykləri həmin o ərazilərdə baş verənləri daimi müşahidə edir. Burada 1 000-dən çox kəndin adları səsləndi. Mən bilirəm ki, həmin o kəndlərin heç də hamısı məskunlaşmış deyil. Biz onu çox yaxşı görə bilirik. Bir çox kəndlər boşdur. Bunu da faktlarla, sübutlarla əks etdirmək lazımdır", - deyə S. Əsədov qeyd edib.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023