KİV: İranda neft emalı zavodunda partlayış olub, ölən var

DÜNYA

25 Sentyabr 2023 | 17:19

319 dəfə oxunub

İranın cənubundakı neft emalı zavodunda partlayış baş verib.

REYD xəbər verir ki, bu barədə “Tasnim” agentliyinin məlumatında deyilir.

Agentliyin sözlərinə görə, Hörmüzgan əyalətinin mərkəzi Bəndər Abbas şəhərində yerləşən zavodda partlayışa qaz sızması səbəb olub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir və partlayışın baş vermə səbəbləri araşdırılır.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023