Kilian Mbappe ölümlə hədələnib

İDMAN

12 Yanvar 2022 | 10:23

3131 dəfə oxunub

PSJ-nin hücumçusu Kilian Mbappe ölümlə hədələnib.

Apasport.az saytının məlumatına görə, buna səbəb ulduz futbolçunun bir azarkeşin statusuna rəy bildirməsi olub.

Xəstəlikdən əziyyət çəkən Kamille adlı kiçik qız sosial şəbəkə vasitəsilə Mbappeyə səslənərək komandada qalmasını və ona ilham verməkdə davam etməsini istəyib. Onun bu statusuna izləyiciləri təhqirlər yağdırıb. Buna biganə qalmayan Mbappe “Kamillem, savaşmağa davam et, hamımıza həyat dərsi verirsən. İnsanlıq əxlaqsızlaşıb”, rəyini yazıb.

24 yaşlı forvardın bu sözləri izləyiciləri daha da qəzəbləndirib. Bir qrup quldur dəstəsi oyunçunun böyüdüyü Parisdəki küçəyə gedərək, onun divardakı şəklinin üzərinə “Mbappe, sən öldün” yazıb.

Qeyd edək ki, PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Kilian Mbappenin yayda “Real”a keçidi gözlənilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023