Kabildə güclü partlayış baş verib

DÜNYA

20 Oktyabr 2021 | 17:10

2386 dəfə oxunub

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Şahidlərin sözlərinə görə, partlayış sərhəd polisi qərargahının binası ilə üzbəüz Dehmazanq rayonunda olub.

İlkin məlumatlara görə, zərərçəkənlər var, onların sayı dəqiqləşdirilməyib.

Daha əvvəl də Kabildə iki partlayış baş verib. İlk partlayış nəticəsində də zərərçəkənlərin olduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 15-də Əfqanıstanda intiharçı terrorçunun cümə namazı zamanı özünü partlatması nəticəsində 63 nəfər həyatını itirib, 80 nəfərdən çox insan xəsarət alıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023