İtkin düşənlərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir

CƏMİYYƏT

26 Aprel 2022 | 16:15

2792 dəfə oxunub

Xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir.

REYD xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Əmək Məcəlləsinin 74-cü maddəsinə təklif edilən yeni yarımbənddə əksini tapıb.

Layihəyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında işçi xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam veriləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023