İtaliyada somalili miqrant ikisi məmur, biri uşaq olmaqla 5 nəfəri bıçaqlayıb

DÜNYA

12 Sentyabr 2021 | 08:48

2151 dəfə oxunub

İtaliyanın Rimini liman şəhərində Somalidən olan miqrant 5 nəfərin bıçaqla yaralayıb.

REYD ANSA-ya istinadən xəbər verir ki, hadisə şənbə günü gecə saatlarında avtobus dayanacağında baş verib.

Müfəttişlər miqrantdan bilet tələb etdikdə cavab olaraq bıçağı çıxarıb hər ikisini vurub.

“La Repubblica” qəzetinin yazdığına görə, müfəttişlərin ikisi də qadın olub. Daha sonra polisdən qaçarkən uşaqlı qadın da daxil olmaqla daha üç nəfəri yaralayıb. Polis onu saxlamağa müvəffəq olub.

İtaliyalı müstəntiqlər miqrantın terror qrupları ilə əlaqəsi olduğu və ekstremist səbəblərdən hərəkət edə biləcəyinə dair heç bir əlamət tapmayıblar.

Əslən Somalidən olan 26 yaşlı gənc 2015-ci ildən Avropadadır və İtaliyada qaçqın statusu almaq üçün müraciət edib.

Daha əvvəl Danimarka, İsveç, Almaniya və Hollandiyada sığınacaq üçün müraciət etdiyi bildirilir. Bir neçə ay Qırmızı Xaçın himayəsində olub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023