ISW: Rusiya Xerson yaxınlığında saxta bayraqla hücumlar keçirə bilər

DÜNYA

17 Iyun 2022 | 10:03

2437 dəfə oxunub

Rusiya Ukraynanın əks-hücumlarına cavab olaraq Xerson yaxınlığında yalançı bayraq altında hücumlar təşkil edə bilər.

REYD xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Tədqiqi İnstitutu (ISW) açıqlama yayıb.

"Ruslar, ehtimal ki, Ukraynanın əks-hücumlarına cavab olaraq, Xerson və Nikolayev vilayətlərində ehtiyat mövqelərini daha da gücləndirirlər. Xüsusilə, Davydov Broddan cənub-şərqdə, Bezvodnı və İşchenko bölgələrində müdafiə mövqelərini yaxşılaşdırdılar",- deyə məlumatda bildirilir.

Rusiya qüvvələri ağır artilleriya qurğularını Ukraynanın zərbələrindən gizlətmək üçün Xerson vilayətində irriqasiya (beton suvarma qurğuları) sistemlərini sökür.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023