İsveçrə hava məkanını bağlayıb

DÜNYA

15 Iyun 2022 | 11:03

2410 dəfə oxunub

İsveçrənin hava hərəkətinə nəzarət şirkəti “Skyguide”, xidmətin üzləşdiyi texniki nasazlıq səbəbindən İsveçrənin hava məkanının bağlandığını bildirib.

Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.““Skyguide”də texniki nasazlıq - İsveçrə hava məkanı növbəti bildirişə qədər bağlanıb", - şirkət “Twitter“də bildirib.

Cenevrə və Sürix hava limanlarının administrasiyaları daha əvvəl bildirilib ki, bu şəhərlərin hava limanlarından qalxan və onlara çatan bütün reyslər çərşənbə günü səhər “Skyguide”ın sistem nasazlığı səbəbindən təxirə salınıb.

““Skyguide” ilə bağlı sistem nasazlığı səbəbindən Cenevrə hava limanında bütün uçuşlar və enişlər çərşənbə günü, iyunun 15-i saat 11:00-a qədər dayandırılıb. Sərnişinlərə məlumat almaq üçün hava yollarını izləmələri tövsiyə olunur", - aeroport administrasiyası “Twitter“də bildirib.

Oxşar məlumatı Sürix hava limanının administrasiyası sosial şəbəkədə dərc edib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023