İstanbulda terror aktının təşkilatçısı olan PKK terrorçusu öldürülüb

DÜNYA

30 Iyul 2022 | 10:42

2530 dəfə oxunub

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK terrorçusu Nüsrət Tebişi zərərsizləşdirib.

REYD-in verdiyi xəbərə görə, həmin şəxs 2008-ci ildə İstanbulun Güngören rayonunda baş verən terror aktının təşkilatçılarından biri olub.

Qeyd edək ki, 2008-ci il iyulun 27-də İstanbulun Güngören rayonunda baş verən terror aktı nəticəsində 5-i uşaq olmaqla, 17 Türkiyə vətəndaşı həlak olub, 154 nəfər yaralanıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023