İraqın şimalında aparılan “Pençe-Kilit” antiterror əməliyyatında 3 Türkiyə əsgəri şəhid olub.
REYD-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.Bundan əlavə, 4 hərbçi yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb.