İrandakı zəlzələdə 500-dən çox evə ziyan dəyib

DÜNYA

05 Oktyabr 2022 | 13:10

1767 dəfə oxunub

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələdə 500-dən çox evə ziyan dəyib.

REYD-in məlumatına görə, zəlzələdə həmçinin 50 ev tamamilə dağılıb, 530 nəfər xəsarət alıb, onlardan 135 nəfər xəstəxanalara yerləşdirilib.Xəsarət alan şəxslər əsasən əl-ayaqların sınması və bədənin zədələnməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, bu gün səhər İranın Qərbi Azərbaycan əyalətinin Xoş şəhərində yerin 10 kilometr dərinliyində 5.4 bal gücündə zəlzələ baş verib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023