İranda naməlum silahlı şəxslər magistral yolda iki yük maşınına hücum edib.
REYD-in məlumatına görə, hadisə Xuzestan əyalətində Əbdülxan şəhərindən Susəngerd şəhərinə gedən yolda baş verib. Hücum nəticəsində sürücülərdən biri yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Silahlı şəxslər hadisə yerindən qaçıb.