"İnter" 12 ildən sonra "Barselona"ya qalib gəlib

İDMAN

05 Oktyabr 2022 | 10:08

1852 dəfə oxunub

İtaliyanın "İnter" komandası 12 ildən sonra UEFA Çempionlar Liqasında İspaniya "Barselona"sına qalib gəlib.

REYD-in məlumatına görə, Milan təmsilçisi buna qrup mərhələsinin III tur oyununda nail olub.

İtaliya klubu qitənin bir nömrəli klub turnirində rəqibini son olaraq 2010-cu ildə məğlub edib - 3:1.

Tərəflər 12 il ərzində Çempionlar Liqasında ümumilikdə 7 dəfə üz-üzə gəliblər.

Bundan əlavə, "Barselona" turnirdəki son 3 səfər qarşılaşmasında qol vura bilməyib. Bu, Kataloniya təmsilçisinin tarixdə ən pis göstəricisidir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023