İngiltərə yığması rekorda imza atıb

İDMAN

13 Sentyabr 2023 | 09:18

337 dəfə oxunub

İngiltərə yığması yoldaşlıq görüşündə Şotlandiya millisini məğlub edib.

REYD xəbər verir ki, görüş 3:1 hesabı ilə başa çatıb.

Bununla da İngiltərə yığması 600 qələbə ilə Avropa milli komandaları arasında rekorda imza atıb.

Oyunda qolları "Mançester Siti"nin müdafiəçisi Kayl Uoker, "Real"ın futbolçusu Cud Bellinqhem və "Bavariya"dan Harri Keyn vurub. “Mançester Yunayted”in şərəfini qoruyan ingilis futbolçu Harri Maquayr topu öz qapısına vurub.

Xatırladaq ki, sentyabrın 9-da Avro-2024-ün seçmə mərhələsi çərçivəsində İngiltərə Ukrayna ilə heç-heçə oynayıb. Komandalar görüşü 1:1 hesabı ilə başa vurub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023