İngiltərə polisi Patrik Vieyra ilə bağlı araşdırmaya başlayıb

İDMAN

20 May 2022 | 15:31

2609 dəfə oxunub

İngiltərə polisi “Kristal Pelas”ın baş məşqçisi Patrik Vieyra ilə bağlı araşdırmaya başlayıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb fransalı mütəxəssisin azarkeşlə arasında yaşanan insident olub.O, Premyer Liqanın XXXIII turundan “Everton”la təxirə salınmış oyunda liverpullu fanatlardan birini təpiklə vurub.

Mersisaydlılar əzmkar qələbə ilə (3:2) elitadakı yerini təmin təmin edib. Qalibiyyət qolunun ardından azarkeşlər meydançaya axın ediblər və onlardan biri Vieyraya acıq verməyə çalışıb. Buna qəzəblənən çalışdırıcı ona xətər yetirib.

Yerli polis bəyanatında hadisə ilə bağlı bunları yayıb: “Bütün görüntüləri toplamaq və şahidlərlə danışmaq üçün “Everton” klubu ilə əlaqə saxladıq. Heç bir rəsmi şikayət daxil olmayıb və insidentlə bağlı araşdırma davam edir”.

Qeyd edək ki, “Kristal Pelas” sona bir tur qalmış 45 xalla 13-cü pillədə qərarlaşıb. “Everton” isə 39 xalla 16-cı yerdədir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023