Hoteldə əcnəbi vətəndaşın pulu oğurlanıb

HADİSƏ

13 Iyun 2022 | 12:26

270 dəfə oxunub

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə iyunun 9-na keçən gecə rayon ərazisindəki otellərin birində əcnəbi vətəndaşın 1970 manatının və 100 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Bu barədə DİN-dən məlumat verilib. Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ş.İsfalıyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.



SON XƏBƏRLƏR

27 Iyun 2022
25 Iyun 2022
24 Iyun 2022
23 Iyun 2022
22 Iyun 2022
21 Iyun 2022
20 Iyun 2022
17 Iyun 2022
15 Iyun 2022
14 Iyun 2022