Hakimlərin konfransı təşkil ediləcək

ÖLKƏ

31 May 2023 | 13:38

876 dəfə oxunub

Hakimlərin konfransı institutu yaradılır.

REYD xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının üzvlərinin seçilməsi üçün keçirilir.

Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:

-. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;

- hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim;

- hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;

- hər rayon (şəhər) məhkəməsindən 1 hakim.

Hakimlərin konfransı bu qanunda nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.

Hakimlərin konfransı Məhkəmə-Hüququ Şurasının üzvlərini açıq səsvermə yolu ilə, iştirakçıların sadə səs çoxluğu ilə seçəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023