“Haber Global” “Qarabağ”-“Qalatasaray” oyununu canlı yayımlayacaq

ÖLKƏ

23 Mart 2023 | 13:29

514 dəfə oxunub

“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.

REYD-in məlumatına görə, futbol azarkeşləri həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ”-“Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023