Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2533 yoluxma halı qeydə alınıb, 57 nəfər ölüb.
REYD-in xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat qeyd olunub.Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 579 031, ölənlərin sayı isə 8 146 nəfərə çatıb. Virusa yoluxanlardan 536 321 nəfərin sağaldığı bildirilir.